"iPhone" 12 oktyabrın 13-ü təqdim olunacaq

 09:14 27.09.2020     463

"Apple" şirkəti "iPhone" 12-nin təqdimatına hazırlaşır, lakin bunun nə vaxt baş verəcəyi hələ dəqiq bilinmir.

Redaktor.az bildirir ki, ancaq insayder "Apple"-ın yerinə təqdimat tarixini verməyə hazırdır. Xəbər verildiyi kimi, "iPhone" 12, xüsusi tədbir çərçivəsində təqdim ediləcək. Tədbir 13 oktyabrda baş tutacaq. "iPhone" 12 üçün əvvəlcədən sifariş isə üç gün sonra 16 oktyabrda açılacaqdır.

Bu məlumatların Hollandiyadan telekommunikasiya operatorunun işçisindən (ehtimal ki, Orange və ya T-Mobile) əldə edildiyi iddia edilir.

Qeyd edək ki, tam rəsmi məlumat hələ verilməyib. //Techland.az