"Cygnus" kosmik yük gəmisi səmaya buraxılıb

 10:24 03.10.2020     284

"Antares" raket daşıyıcısı "Cygnus" yük kosmik gəmisini ABŞ-ın Virdjiniya ştatındakı kosmodromundan səmaya qaldırıb.

Redaktor.az-ın verdiyi məlumata görə, raketin uçuşu ABŞ-ın Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) saytında yayımlanıb.

"Cygnus" Beynəlxalq kosmik stansiyaya (BKS) təxminən 3.6 ton yük çatdıracaq: qida, stansiya üçün avadanlıq, elmi tədqiqat üçün alətlər.

Bu əməliyyat "Cygnus" istehsalçısı olan "Northrop Grumman" ilə NASA arasındakı yeni müqaviləsi çərçivəsində üçüncü uçuşdur. Razılığa əsasən, 2024-cü ilədək ən az altı yük gəmisinin buraxılması həyata keçiriləcəkdir. //Trend