Müharibə ilə bağlı paylaşım edərkən bunlara DİQQƏT EDİN!

 13:35 13.10.2020     1435

Müharibə başladığı gündən xalqımızın qələbə əhvalı da yüksəlib. Bundan əlavə, insanlar sosial şəbəkələrdə haqq səsimizi faktlarla dünyaya çatdıdırlar. Bu da informasiya müharibəsində vacib məqamdır. 

Bəs, sosial şəbəkələrdə yazılan mətnlərin məzmunu necə olmalıdır? Paylaşılmların dünya ictimaiyyətinə daha tez və asanlıqla çatması üçün əsas amillər nələrdir?

Bu barədə Redaktor.az-a açıqlamasında informasiya texnologiyaları mütəxəssisi Kamran Qasımov bildirib ki, sosial şəbəkələrdə paylaşımlar edərkən heşteqlərdən (#) nə qədər çox istifadə olunsa, həmin məzmunu daha çox insanlar görə bilər:

“Hər tətbiqin müəyyən bir alqoritmi var. Hər hansı sosial şəbəkənin alqoritmində müəyyən heşteqli (#) yazılardan daha çox istifadə olunsa, avtomatik olaraq aktual olan məzmunlar siyahısında yerləşəcək. Məsələn Tvitterdə azərbaycanlıların etdiyi paylaşımlarda #prayforganja yazısı daha çox istifadə olunduğuna görə, həmin cümlə tətbiqin trendlər hissəsində 1-ci sırada yerini almışdı. Gün ərzində eyni heşteqli (#) paylaşımlar nə qədər çox olsa, bir o qədər həmin cümlə, yaxud söz trendlər siyahısında ola bilər.

Elmi-texniki araşdırmalar nəticəsində əldə olunan məlumata əsasən, paylaşılan məzmunlara ən azı 1 heşteq (#) əlavə olunubsa, həmin məzmun heç əlavə olunmayana nisbətən 12.6 % daha çox aktual olur. Heşteqlər (#)  aktuallığı təmin etdiyi üçün həddən artıq, 10 yaxud 20 dəfə istifadə olunması həmin sosial şəbəkə tərəfindən şəxsi hesabın bloklanmasına səbəb ola bilər. Bir neçə əsaslı heşteqlərdən istifadə etmək kifayətdir.

Paylaşımlar zamanı şəkillərdən istifadə etməklə də daha effektli təsir görə bilərik. Çünki baş vermiş hadisə ilə bağlı paylaşılan şəkil mətnə nisbətən daha gözə batandır. Bundan əlavə faktın real təcəssümünü özündə əks etdirir. Çünki şəkillər həm də vizual faktlardır. Bu da hadisənin daha yaxşı yaddaşda qalmasına səbəb olur”.

Şəfəq Samed \ Redaktor.az