Niyə məhz “Twitter”? - VİDEO

 19:47 14.10.2020     8067

Son günlər işğaldan azad olunmuş torpaqların adını Prezident İlham Əliyev öz “Twitter” səhifəsində yayımladığından, Azərbaycanda bu şəbəkə istifadəçilərinin sayı xeyli artıb. 

Niyə “Twitter”? 

Redaktor.az xəbər verir ki, texnobloqer Fərid Pərdəşünasın sözlərinə görə, əksər siyasi xadimlərin, prezidentlərin “Twitter” hesabı var və özləri tərəfindən idarə olunur:

“Twitter” platforması siyasi məsələlərin işıqlandırılması, siyasi təbliğatın aparılması üçün ən əlverişli platforma hesab olunur. Siz çətin ki, öz haqq səsinizi “Instagram”, “Facebook” vasitəsilə dünyaya çatdıra biləsiniz. 

“Twitterdə” isə həştəqlərdən istifadə etməklə bu, mümkündür”. //Oxu.az