Azərbaycanda internetə məhdudiyyəti aradan qaldırılıb

 10:21 12.11.2020     278

Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların və kiberinsidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla, aradan qaldırılıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.