"TikTok"un sahibindən ayrılması ləngiyir

 02:54 13.11.2020     378

“TikTok” qısa videolar servisi və sahibi “ByteDance” şirkəti ayrılmaları üçün əlavə vaxt üçün Vaşinqton Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Redaktor.az xəbər verir ki, hər iki tərəfin ayrılmasına dair ABŞ prezidenti Donald Trampın cari ilin avqustunda imzaladığı fərmanın müddəti bu gün - noyabrın 12-də başa çatsa da, şirkət və administrasiya nümayəndələri bunu gerçəkləşdirmək üçün bütün məsələləri həll edə bilməyiblər.

Xatırladaq ki, prezident D.Tramp “TikTok”un milli təhlükəsizliyi təhdid etdiyini bildirərək bir müddət ABŞ ərazisində bu servisi bağlayacaqlarını bildirsə də, sonradan həmin servisin yerli şirkətin mülkiyyətinə keçməsi şərtini irəli sürüb.

Müraciət məhkəməyə daxil olduqdan sonra Maliyyə Departamentinin rəsmiləri “əvvəlkitək milli təhlükəsizliyə hər hansı təhdidi istisna edən variantlar tapmaq” məqsədi qarşıya qoyduqlarını bildiriblər.