"WhatsApp"da yeni funksiya

 21:36 19.11.2020     332

"WhatsApp" tətbiqində digər istifadəçiyə videonun səsini söndürüb göndərmək mümkün olacaq.

Redaktor.az xəbər verir ki, yeni funksiya barədə "Wabetainfo" məlumat verib.

Yeniliyin mahiyyəti ondan ibarətdir ki, indi digər istifadəçiyə videonu göndərməzdən əvvəl onun səsini söndürmək mümkün olacaq.

Videonun müddəti və ölçüsü haqqında məlumatın yanında, ekranın sol tərəfində səsi söndürməyə imkan verən işarə olacaq.

Hələlik yeni funksiya sınaq mərhələsindədir. Funksiya 2020-ci ilin sonunda “WhatsApp” istifadəçilərinin ixtiyarına veriləcək. \\Open.az