"Facebook" "Kustomer" CRM startapını satın alır

 18:19 01.12.2020     306

"Facebook Inc." şirkəti "Kustomer" CRM startapını satın alır.

Redaktor.az xəbər verir ki, bu barədə şirkət öz bloqunda bildirib.

Qeyd olunur ki, hazırda tərəflər tənzimləyicinin təsdiqini gözləyir. Satınalma bitdikdən sonra şirkət tədricən "Kustomer"in məlumatlarını "Facebook"un təhlükəsiz infrastrukturunda yerləşdirməyi planlaşdırır. Hazırda 175 milyondan çox insan şirkətlərlə əlaqə qurmaq üçün "WhatsApp"dan istifadə edir. //APA