Bu şəxslər "WhatsApp" istifadə edə bilməyəcəklər - YENİLİK

 14:46 07.01.2021     888

"WhatsApp" tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları "Facebook"-da paylaşmaq üçün icazə istəniləcək.

Redaktor.az xəbər verir ki, buna uyğun olaraq lazımi təsdiq almayan istifadəçilər "WhatsApp"-dan istifadə edə bilməyəcəklər.

"WhatsApp"-ın saytındakı istifadə şərtlərinə görə, istifadəçi məlumatları "Facebook" ilə yanaşı, "Facebook"-un yaratdığı digər şirkətlərlə də paylaşılacaq.

"WhatsApp" istifadə etmək istəyən hər kəs bu qaydalara əməl etməlidir.

Orxan İsmayıl / Redaktor.az