"Facebook"-da problem yaranıb

 09:30 23.01.2021     298

"Facebook" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

Sosial şəbəkədəki problemlər ABŞ-ın şərq sahilyanı ərazilərindəki şəhərlərdə yerli vaxtla saat 21:31-də (Bakı vaxtı ilə saat 06:31) müşahidə olunmağa başlayıb. "Facebook"un işindən ABŞ-la yanaşı, Niderland və Böyük Britaniyada da şikayətlənirlər.

Sosial şəbəkə istifadəçilərinin təxminən 56 faizi hesablarında problemlərin yaranmasından, daha 25 faizi "Facebook"un tamamilə işləməməsindən, 18 faizi paylaşım lentinə baxa bilməmələrindən gileyləniblər. //Report.az