“SpaceX” bir dəfəyə 143 peyki orbitə göndərdi

 07:17 25.01.2021     310

Tanınmış milyarder İlon Maskın “SpaceX” şirkəti daha bir yeniliyə imza atıb.

Redaktor.az xəbər verir ki, şirkətin mütəxəssisləri bir dəfəyə 143 peyki Yerin orbitinə göndərməyi bacarıblar.

Peykləri kosmosa daşıyan Falkon doqquz raketi Bakı vaxtilə saat 19:00-da ABŞ-ın Kanaveraldakı kosmodromundan havaya qalxıb.

Qeyd edək ki, raketin startı artıq bir dəfə əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Ümumilikdə “SpaceX” orbitə 12 min peyk göndərməyi planlaşdırır. //Oxu.az