Vəfat edən şəxslə olan xatirələri smartfonda izləmək mümkün olacaq

 20:37 26.01.2021     431

Türkiyədə koronavirus pandemiyası ilə birgə həyatın bir çox sahələrində geniş yayılmış “barkod” sistemi qəbir daşlarına tətbiq edilib.

Redaktor.az-ın məlumatına görə, qəbir daşı üzərindəki “barkod”u skan etməklə vəfat edənin şəxsi məlumatları bir neçə saniyəyə smartfonun ekranına gəlir. Beləliklə, yaxınları qəbir daşı üzərindəki “barkod”u skan etməklə mərhumla olan xoş xatirələrini, mərhumun CV, video, foto, şeir, dualar və digər məlumatları telefonun ekranından izləyə bilir.

Qeyd edək ki, yeni sistemi Türkiyənin Antalyadakı bir məzar baxım və inşaat şirkətinin sahibi Mehmet Çetin təklif etməyə başlayıb. //Report