Cib telefonu işlədənlərin diqqətinə! - FAKTLAR

 16:55 31.01.2021     860

Həyatımızın ayrılmaz hissələrindən biri olan cib telefonları haqqında nə qədər məlumatlısınız? Böyük inkişaf mərhələsi keçmiş cib telefonları ilə bağlı araşdırma aparmışıq.

Redaktor.az mobil telefonlarla bağlı maraqlı faktları təqdim edir.

Cib telefonu işlətmədən yaşamağı düşünün. Bu, bəzi insanlar üçün əməlli-başlı işgəncə olar. Həyatımızda böyük yer tutan mobil telefonlar, bu gün demək olar ki, hər bir fərddə olan texnoloji bir cihazdır. Bəs mobil telefonlar haqqında nə qədər məlumatlısınız? Cib telefonları haqqında əvvəllər heç kimin eşitmədiyi 17 faktı təqdim edirik.

  1. Dünyada ilk mobil zəng 1973-cü ildə Martin Kuper adlı amerikalı mühəndis tərəfindən edilib.
  2. 2012-ci ildə "Apple" dünyanın 4 ölkəsində 4 saniyədə 350 mindən çox məhsul satıb. Bu, dünya rekordu hesab olunur.
  3. Mobil telefonlardan istifadə edərkən diqqətli olmalısınız. Çünki bir cib telefonunda tualetdə olan qədər bakteriya ola bilər.
  4. Baş ağrısı və yuxusuzluq kimi müxtəlif sağlamlıq problemlərinə mobil telefonlar səbəb ola bilər. Cib telefonları yaydığı radiasiya ilə insan sağlamlığına böyük ölçüdə təsir edir.
  5. Yaponiyada olan mobil telefonların 90%-i suya davamlıdır.
  6. Tarixdə ən çox satılan elektron cihaz "Nokia 1100"-dır.
  7. 1983-cü ildə ABŞ-da ilk mobil telefonun qiyməti 4000 dollar idi.
  8. Mobil telefonlardakı əməliyyat sisteminin Aya çıxan "Apollo 11" kosmik gəmisinin əməliyyat sistemindən daha yaxşı olduğunu bilirsinizmi?
  9. İngiltərədə hər il orta hesabla 100 mindən çox telefon tualet çuxuruna atılır.
  10. Dünyadakı telefonların təxminən 70%-i Çində istehsal olunur.
  11. Dünya əhalisinin təxminən 82%-i mobil telefona sahibdir.
  12. İnsanların 90%-i telefonları yaxın məsafədə saxlayır. Bu isə səhhətə zərər verir.
  13. Cib telefonu istifadəçilərinin əksəriyyəti telefonlarını ünsiyyət üçün deyil, oyunlar və sosial media tətbiqetmələri üçün istifadə edirlər.
  14. Aylıq mobil telefon xərciniz nə qədər olur? Selin Aarons 142.000 funt sterlinqlə ən yüksək mobil xərc sahibidir.
  15. Dünyada 4 milyarddan çox insanın cib telefonu var, ancaq 3,5 milyard insanın diş fırçası var. Olduqca təəccüblü bir nəticədir, eləmi?
  16. Dünyada kompüterlərdən 5 dəfə çox mobil telefon var.
  17. Cib telefonu sənayesi dünyanın ən sürətlə böyüyən bazarıdır.