BTRİB-nin rəhbərliyində yeni TƏYİNAT

 19:37 05.02.2021     345

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müavini vəzifəsinə təyinat olub.

Redaktor.az-ın məlumatına görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Nail Mərdanov gətirilib.

Qeyd edək ki, N. Mərdanov bu vaxta qədər “Azərkosmos” ASC-də Yer müşahidə peykləri xidmətləri departamentinin direktoru vəzifəsində olub.