“Apple” və “Hyundai” arasındakı danışıqlar uğursuz olub

 23:28 08.02.2021     298

ABŞ-ın “Apple” və Cənubi Koreyanın “Hyundai” şirkətləri arasında elektromobillərin istehsalı üzrə aparılan danışıqlar uğursuz olub.

Redaktor.az-ın məlumatına görə, bu bərədə “Hyundai” şirkəti və qismən ona məxsus olan “Kia Motor” məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl CNBC telekanalı tərəflər arasında danışıqların getdiyini və 2024-cü ildə elektrik avtomobillərinin birgə istehsalına başlanılacağını bəyan edib. Elektromobillərin ABŞ-ın Corciya ştatının Vest Point şəhərindəki Kia zavodunda istehsal ediləcəyi bildirilib. //Oxu.az