Avropa Komissiyasına “TikTok”dan şikayət edilib

 18:49 16.02.2021     114

Avropa İstehlakçılar Birlikləri Bürosu (BEUC) “TikTok” qısa videolar servisindən Avropa Komissiyasına şikayət edib.

Redaktor.az xəbər verir ki, BEUC-nin saytında yerləşdirilən açıqlamada həmin servisin istehlakçı hüquqlarını pozduğu bildirilir.

Belə ki, “TikTok”un təhlükəli məzmunlarından yetkinlik yaşına çatmayan istifadəçilərin müdafiə olunmadığı bildirilir:

”TikTok” uşaq və yeniyetmələri platformunda mövcud olan gizli təhlükələrdən, reklamdan, zərər kəsb edə biləcək məzmunlardan qorumaq iqtidarında deyil. BEUC və üzvləri Aİ-də istehlakçı hüquqlarına əməl olunmasını təmin etmək üçün “TikTok”un siyasətini və addımlarını hərtərəfli araşdırmağın tərəfdarıdır”.

Bununla yanaşı, “TikTok”un istifadəçilər tərəfindən paylaşılan videolara dair müəllif hüquqları ilə bağlı siyasətinin də haqsız olduğu irəli sürülüb: “Müəllif hüququ da istifadəçilər tərəfindən paylaşılan videoları ödənişsiz istifadə etmək, yaymaq, surətini çıxarmaq üçün “TikTok”a geri dönüşü olmayan ixtiyar verdiyi üçün eynilə haqsızdır”. //Report