Qarabağda yüksək texnologiyalar parkları yaradılacaq

 18:45 18.02.2021     427

Türkiyənin İstanbul Texnoparkı ilə Azərbaycanın İnnovasiyalar Agentliyi arasında "Yüksək Texnologiyalar sahəsində Əməkdaşlıq" üzrə memorandum imzalanıb.

Redaktor.az-ın məlumatına görə, memorandumda tərəflərin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması, gənc mütəxəssislərin yetişdirilməsi, eyni zamanda, bilik və təcrübələrin paylaşması məqsədi ilə mütəmadi olaraq inkubasiya və akselerasiya proqramları, texnologiya transferi proqramları həyata keçiriləcək. Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil edilməsi, hər iki ölkədə nümayəndəliklərin və ən əsası isə Qarabağda müştərək yüksək texnologiyalar parklarının yaradılması nəzərdə tutulur. //APA