"WhatsApp" yeni istifadə qaydalarına dair bildirişlər yayır

 18:44 15.03.2021     369

"WhatsApp" mesenceri yeni istifadə qaydaları və məxfilik siyasətinə dair bildirişlər yayır.

Redaktor.az xəbər verir ki, mesencer istifadəçiləri mayın 15-də ya yeni istifadə qaydalarını qəbul etməli, ya da mesencerdən çıxmalıdırlar.

Belə ki, həmin tarix ərəfəsində artıq "WhatsApp"ın əlavəsində yerləşdirilən və açılarkən ekrana çıxan bildirişlər yeni qaydalar izah olunaraq mesencer istifadəçisi qalmaq üçün onları qəbul etmək təklif olunur.

Bununla yanaşı, istifadəçilərin akauntları silinməyəcəyi, amma yeni şərtləri qəbul etməyincə mesencerin bütün funksiyalarından yararlanmayacaqları da bildirilir:

“Qısa müddət ərzində zəng və bildirişlər qəbul edə biləcək, amma ismarıc oxuya və ya göndərə bilməyəcəksiniz”. //Report