"Facebook" 1,3 mlrd. saxta hesabı ləvğ edib

 14:48 22.03.2021     386

Bu ilin oktyabr-dekabr aylarında "Facebook" sosial şəbəkəsi 1,3 mlrd. "fake" (saxta) hesabı bloklayıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Facebook Inc" şirkəti özü məlumat verib.

Bundan əlavə, qlobal səhiyyə mütəxəssisləri tərəfindən dezinformasiya kimi qiymətləndirilən vaksinasiya və COVID-19 haqqında müxtəlif növ və formatda olan 12 mln. vahid məlumat "Facebook" tərəfindən silinib.

Qeyd edək ki, "Facebook"un Azərbaycanın sosial media bazarındakı payı 18,3% təşkil edir. Sosial şəbəkələr arasında populyarlığına görə birinci yerdə isə 23% ilə "Twitter" qərarlaşıb. //APA