“Microsoft” Pentaqon üçün 22 milyard dollarlıq iş görəcək

 11:06 01.04.2021     380

ABŞ-ın Müdafiə Nazirliyi - Pentaqon yeni nəsil hərbi başlıqların istehsalına dair ölkənin texnologiya nəhəngi “Microsoft” şirkətl ilə razılıq əldə edib.

Redaktor.az-ın məlumatına görə, tərəflər arasında ümumi dəyəri 21,88 milyard ABŞ dolları olan müqavilə imzalanıb. Müqavilə çərçivəsində “Microsoft” yaxın 5 il ərzində ABŞ ordusu üçün 120 min hərbi başlıq istehsal edəcək. Müqavilənin müddətinin daha 5 il müddətinə uzadılacağı istisna edilmir.

Xatırladaq ki, Pentaqon ötən il 10 milyard dollarlıq "bulud” texnologiyasının hazırlanmasını da “Microsoft”a etibar etmişdi. //Report.az