"Twitter"in işində nasazlıq yaranıb

 19:50 17.04.2021     374

Bir çox ölkələrdə "Twitter" şəbəkəsinin fəaliyyətində nasazlıqlar müşahidə olunur.

Redaktor.az-ın məlumatına görə, bu barədə populyar internet mənbələrinin işini izləyən "Downdetector" servisi bildirib.

Ən çox şikayət ABŞ, Kanada, Yaponiya, İngiltərə və Almaniyadan gəlir.

Məlumata əsasən, ABŞ istifadəçilərinin 42 faizi "Twitter"dəki fasilərdən şikayət edir, 30 faizi hesablarına daxil ola bilmir, digər 26 faizi isə "iPhone" və "iPad" tətbiqi ilə bağlı problemlərlə üzləşib. //Trend.az