"WhatsApp"da daha bir dələduzluq ortaya çıxıb

 08:18 21.04.2021     363

"WhatsApp" mesencerində yeni dələduzluq növü yayılmağa başlayır.

Redaktor.az xəbər verir ki, istifadəçi qrup çatlarının birində mesencerin rəsmi yenilənməsi donunda gələn ismarıcda “çəhrayı tema” (pink theme) yükləmək üçün linkə girmək təklif olunur. Dərhal hədəfə düşən smartfona mesencer donuna bürünən və akaunt məlumatlarını istəyən proqram yüklənir.

Zərərli proqramı yükləyən istifadəçilərə həmin tətbiqi silərək "WhatsApp"ın bütün akauntlarından çıxmaq, hətta parolu dəyişdirmək tövsiyə olunur.

Bir müddət əvvəl "WhatsApp"da istifadəçilərə mesencerə saxta dəstək sorğusu göndərməklə onların akauntlarının bağlandığı barədə məlumat yayılmışdı. //Report