“Clubhouse” developerləri “Android” üçün tətbiqi işə salıb

 03:18 11.05.2021     502

“Clubhouse” sosial şəbəkəsi “Android” əməliyyat sistemi üçün rəsmi tətbiqini işə salıb.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Hələlik tətbiq beta verisyada və yalnız ABŞ ərazisində işləyəcək. Bir müddət sonra digər İngilis dilli ölkələrin sakinləri, daha sonra isə dünyanın qalan hissəsi də “Clubhouse”a qoşulacaq.

Növbəti bir neçə həftədə developerlər istifadəçilərin şikayət və müraciətlərini toplayacaq, səhvləri düzəldəcək və bir neçə funksiya əlavə edəcəklər.

Qeyd edək ki, “Clubhouse” platforması keçən ilin aprel ayından bəri mövcuddur. //Report