"Twitter"in işində problemlər yaranıb

 18:21 13.05.2021     509

"Twitter" mikrobloqlar xidmətinin işində nasazlıq dünyanın bir sıra ölkələrində müşahidə olunur.

Redaktor.az-ın məlumatına görə, bu barədə Downdetector platforması xəbər verib.

Şikayətlərin əksəriyyəti ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlir.

İstifadəçilər veb sayt və sosial şəbəkənin mobil tətbiqetmələrində olan problemlər ilə üzləşdiklərini bildirib.