Çinin kosmik aparatı Marsın səthinə enib

 09:12 15.05.2021     503

Çinin "Tianven-1" kəşfiyyat vasitəsi Marsa uğurlu eniş edib.

Redaktor.az xəbər verir ki, bu barədə Çinin Milli Kosmik İdarəsi məlumat verib.

Avtomatik planetlərarası stansiya "Tianven-1" 23 iyul 2020-ci il tarixində Çinin cənubundakı Haynan əyalətində yerləşən Venchan kosmodromundan "Çançjen-5" raket daşıyıcısının vasitəsi ilə orbitə buraxılıb. Aparat Marsın orbitinə fevral ayında çatıb. //Trend.az