"Telegram"ın işində qüsurlar yaranıb

 13:16 18.05.2021     632

"Telegram" messencerinin işində qüsurlar yaranıb.

Redaktor.az-ın məlumatına görə, müvafiq şikayətlər əsasən Rusiya, Ukrayna və Belarusdan daxil olub.

Qeyd olunur ki, şikayətlərin 71 faizi messencerə qoşulmaqla, 28 faizi isə mesajların göndərilməsi ilə bağlı qeydə alınıb.

"Telegram" rəhbərliyi qüsurlar barədə hər hansı bir açıqlama verməyib. //Trend.az