"Twitter"in işində problemlər yaranıb

 09:27 20.05.2021     803

Bir sıra ölkələrdə "Twitter" sosial şəbəkəsinin fəaliyyətində fasilələr müşahidə olunur.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Downdetector" servisi xəbər verib.

Məlumata əsasən, problemlər barədə şikayətlər ABŞ, Kanada və Yaponiyadan gəlir.

Fasilələr barədə məlumat verən istifadəçilərin əksəriyyəti saytın işində problemlərdən şikayətlənirlər. //Trend.az