"Tesla" ən sürətli elektromobil istehsal edəcək

 14:46 20.05.2021     707

"Tesla" avtomobil şirkəti dünyanın ən sürətli elektromobilinin istehsalına başlayacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Tesla"nın rəhbəri İlon Mask öz "Twitter" səhifəsində elan edib.

O bildirib ki, "Tesla Model S Plaid" modelinin seriyalı istehsalı iyunun 3-də Kaliforniya ştatında start götürəcək.

E.Maskın sözlərinə görə, həmin model saatda 100 kilometr sürəti 2 saniyəyə yığacaq.

"Tesla Model S Plaid" "Tesla"nın S modelinin yenilənmiş versiyası olacaq. //Trend.az