"Instagram"da yeni FUNKSİYA

 11:30 13.06.2021     308

"İnstagram" "bəyənmə" sayını gizlətmə imkanı yaradıb.

Redaktor.az-ın məlumata görə, bu addım paylaşımlarının çox da diqqət çəkmədiyini düşünən insanlar üçün edilib.

"Instagram" əvvəlcə bütün istifadəçilər üçün "bəyənmə" sayını gizlətməyi düşünürdü (ancaq paylaşım sahibləri bunu görə bilərdi).

Lakin sonradan şirkət nümayəndələri fikrini dəyişib. Bu funksiyadan yararlanma imkanı istifadəçilərin öhdəsinə verilib.

Artıq bütün dünyadan olan istifadəçilər bəyənmə və baxış sayının gizlətməyin mümkün olduğu barədə xəbərdarlıqlar almağa başlayıblar. //Milli.az