Azərbaycan bu sahədə MDB-də üçüncüdür

Azərbaycan kibertəhlükəsizlik indeksinə görə MDB ölkələri arasında 3-cü yerdədir.
Redaktor.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan beynəlxalq səviyyədə ən öncül hesabatlardan olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” ( GCI) hesabatı üzrə cari il 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib.
Ümumilikdə 89.31 xal ilə ölkəmiz MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdə qərarlaşıb. MDB ölkələrindən Gürcütsan və Ukraynanı, Avropa ölkələrindən İsveçrə, İrlandiya, İslandiya, Sloveniya, Çexiya kimi dövlətləri geridə qoyub. Ölkəmizin rəqəmsal həllər sahəsində sıx əməkdaşlıq etdiyi Estoniyanın cari il indeks üzrə Avropa Ölkələri arasında 3-cü pillədə yer alması təsadüfi hal deyildir.
Reytinqdə ilk yeri ABŞ, 2-ci yeri isə Böyük Britaniya və Səudiyyə Ərəbistanı tutub.