“TikTok” istifadəçilərinə şad xəbər

 00:39 05.07.2021     83

Qısa videoçarxlar şəbəkəsi kimi tanınan "TikTok"da ciddi dəyişiklik gözlənilir.

Redaktor.az xəbər verir ki, Çinin "ByteDance" şirkətinə məxsus şəbəkədə yerləşdirilən videoların müddətinin 3 dəfə artırılması planlaşdırılır.

Yenilik sayəsində artıq bir videoçarxın bir neçə hissəyə bölünərək şəbəkəyə yüklənməsinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, "TikTok" videolarının maksimal xronometrajı 1 dəqiqədir. //Publika.az.