"WhatsApp"dan gözlənilən yenilik

 23:04 09.07.2021     186

Məşhur mesajlaşma tətbiqi "WhatsApp" istifadəçilərin uzun müddətdir şikayət etdiyi problemi həll edib.

Redaktor.az xəbər verir ki, "WhatsApp" fotoşəkil və videoların keyfiyyəti ilə bağlı istifadəçilərinə seçim hüququ verəcək.

Belə ki, "WhatsApp" istifadəçilərə üç fərqli keyfiyyət seçimi təqdim edəcək ki, bununla da istifadəçilər foto keyfiyyətini təyin edə biləcəklər.

İlk olaraq "avtomatik" seçimdə şəbəkə internetin sürətinə əsasən şəkillərin sıxılıb-sıxılmayacağına qərar verəcək.

"Ən yaxşı keyfiyyət" seçimində ən yüksək görüntü keyfiyyəti təmin ediləcək.

"Məlumat qənaəti" seçimində isə yaddaş yerinə qənaət etmək üçün şəkillər sıxılacaq.

Qeyd edək ki, "WhatsApp" aşağı səviyyəli məlumat və saxlama həssaslığı səbəbindən həm video, həm də fotoşəkillərin keyfiyyətini azaldır. Mobil tətbiqi istifadə edən milyonlarla şəxs foto və videoların aşağı keyfiyyətli olmasından narazıdır. //Ucnoqta.az.