Tik-Tok bu videoları avtomatik siləcək

 15:05 11.07.2021     97

Tik-Tok qadağan olunmuş məzmunlu videoların avtomatik silinməsinə başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Tik-Tok arzuolunmaz videoları - çılpaq bədənlər və zorakılıq səhnələrini dərhal blok edəcək. Bunun səbəblərini izah edən bir bildiriş nəşrin müəllifinə göndəriləcək.

İndi Tik-Tok avtomatlaşdırılmış moderasiya sistemlərindən istifadə etməyə başlayacaq.

Müəllifin apellyasiya şikayəti vermək hüququ isə qüvvədə qalacaq. //Axar.az.