"AvtoVAZ" bir neçə modelin istehsalını dayandırıb

 15:44 14.07.2021     770

Rusiyanın "AvtoVAZ" şirkəti bir neçə avtomobil modelinin istehsalını dayandırıb.

Redaktor.az bildirir ki, qərar "Bosch Samara" şirkətinin elektron komponentlərinin tədarükündə yaranan qüsurlarla əlaqədar verilib.

Şirkət bildirir ki, komponent çatışmazlığına görə "Lada Xray", "Lada Largus", "Renault Logan" və "Renault Sandero" modellərinin istehsalı dayandılırıb.

Qeyd edək ki, "AvtoVAZ" iyun ayında da detal çatışmazlığı ilə əlaqədar bəzi modellərin istehsalını dayandırmışdı. //Trend