"Facebook" rəhbərliyi 52 nəfər işdən çıxarıb

 22:04 15.07.2021     112

"New York Times"in əməkdaşları Şera Frenkel və Cecilia Kanq məşhur sosial şəbəkə "Facebook" haqında araşdırma kitab hazırlayıblar.

Redaktor.az xəbər verir ki, kitabda bu zamana qədər "Facebook"da çalışan insanlar şirkətdə baş verən xoşagəlməz hallardan danışıblar.

Şəxsi məlumatların əldə olunması haqqında suala cavab verən keçmiş əməkdaşlar bildiriblər ki, "Facebook" mühəndislərindən bəziləri hətta sevdikləri və ayrıldıqları xanımların harada olmasını, kiminlə mesajlaşmalarını çalışdıqları sosial media üzərindən izləyiblər. 2014 və 2015-ci illərdə baş verən bu hadisədən sonra şirkət daxilində böyük problem yaranıb və Mark Zukenberq 52 nəfəri işdən azad edib.

Bundan əlavə, 2006-cı ildə "Facebook"u almaq istəyən "Yahoo"nun təklifini Mark Zukenberq rədd etdikdən sonra rəhbər işçi heyəti ona qarşı çıxaraq işlərindən ayrılıblar.

Mark işçilərinin ona inanmayaraq, işlərindən istefa etməsinə çox üzüldüyünü qeyd edib. //Lent.az