“İnstagram”da yeni funksiya işə salınıb

 08:20 21.07.2021     134

“İnstagram”da yeni funksiya işə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi olan “Facebook” şirkətindən xəbər verilib.

Bildirilib ki, yeni funksiya arzuolunmaz kontentlə mübarizə üzərindəki nəzarəti gücləndirməyə imkan verir.

Bu funksiya sayəsində istifadəçi kontentin filtrasiyasını daha da sərtləşdirə, axtarış zamanı hansı sayda arzuolunmaz kontentin əks olanacağını təyin edə bilər. //Oxu.az