Süni intellekt beyin şişlərini aşkar etməyi öyrənib

 02:15 13.08.2021     232

Alimlər beyinin üçölçülü şəkillərində şişləri aşkar edən və onların tipini müəyyənləşdirən süni intellekt sistemi hazırlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Radiology: Artificial Intelligence” elmi jurnalında dərc edilən məqalədə bildirilib.

Neyroşəbəkənin MRT analizlərini daha da təkmilləşdirdiyi vurğulanıb. Həmçinin, süni intellektin beyin toxumalarındakı anomallıqları tətbiq edərək müvafiq nəticələr təqdim etdiyi qeyd olunub.

Alimlərin sözlərinə görə, yeni sistem beyin xərçənginə qarşı mübarizəni daha effektli şəkildə aparmağa yardım edəcək. //Oxu.az