“Twitter” yeni funksiyanın sınağına başlayıb

 05:26 19.08.2021     228

“Twitter” istifadəçilərə dezinformasiya “tvit”ləri etiketləməyə imkan verən yeni funksiyanı sınağına başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətdən verilən məlumatda bildirilir.

“Yanıldıcı məlumatlar ehtiva etdiyini düşündüyünüz “tvit”ləri bildirməyə imkan verən xüsusiyyəti sınayırıq. Bundan sonra ABŞ, Cənubi Koreya və Avstraliyadakı istifadəçilər “tvit” haqqında məlumat ver” düyməsini tıkladıqdan sonra həmin “tvit”i “yanıldıcı” olaraq qeyd edə biləcəklər”, - deyə məlumatda bildirilir. //Oxu.az