Dron festivalı keçiriləcək - TÜRKİYƏDƏ

 05:24 28.08.2021     320

Türkiyədə dron festivalı keçiriləcək. 

Redaktor.az bildirir ki, avqustun 28-də Türkiyənin Rabitə Nazirliyi FPV dronlarının festivalını təşkil edəcək.

Yarışmacılar Türkiyənin 12 şəhərinin, Antalya, Muğla, Van, İstanbul, Mardin, Hatay, Adıyaman, Nevşehir, Şanlıurfa, Denizli, Sivas və İzmir səmalarında görünəcək. Festivalda İngiltərə, ABŞ, Fransa və Türkiyədən olan pilotlar çıxış edəcək. 

Qaliblər sentyabrın 20-25-də turkdronefest.com saytında səsvermə ilə müəyyən olunacaq.