“Falcon 9” Beynəlxalq Kosmik Stansiyaya göndərilib

 13:35 29.08.2021     314

Amerikanın “SpaceX” şirkəti “Falcon 9” daşıyıcı raketini “Dragon” yük gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərib.

Redaktor.az xəbər verir ki, ehtiyatların artırılması üçün 23-cü kommersiya missiyası çərçivəsində kosmik gəmi saat 03:14-də (Bakı vaxtilə saat 11:14) Kanaveral burnundan (Florida ştatı) start götürüb.

“Dragon”un stansiya ilə kəsişməsi avqustun 30-u saat 11:00-da (Bakı vaxtilə saat 19:00) gözlənilir.