Kosmik Stansiyada çatlar yarandı

 12:55 05.09.2021     269

Beynəlxalq Kosmik Stansiya köhnəlmiş avadanlıqlara görə təmiredilməz problemlərlə üzləşə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Kosmik Stansiyanın Rusiya bölməsinin aparıcı şirkəti sayılan “Energia”nın baş mühəndisi Vladimir Solovyov deyib.

O bildirib ki, stansiyanın səthində kiçik çatlar da aşkarlanıb:

“Bu çatlar Rusiyanın stansiyadakı ən köhnə karqo modulu olan “Zarya”da tapılıb. Bu da müəyyən vaxtdan sonra problemlər yarada bilər. 1998-ci ildə orbitə buraxılan modul bir müddət sonra anbar olaraq istifadə edilib. Bundan başqa, stansiyanın Rusiya seqmentindəki uçuş sistemlərinin ən az 80 faizi köhnəlmiş vəziyyətdədir”.