“WhatsApp” işlədənlərin NƏZƏRİNƏ: Smartfon və planşetdə...

 18:08 06.09.2021     652

“WhatsApp” messenceri köhnə iOS və Android cihazlarını dəstəkləməyi dayandıracaq.

Redaktor.az xəbər verir ki, cihaz tələblərinə dair yeniləməyə əsasən 2021-ci il noyabrın 1-dən etibarən tətbiq artıq “Android 4.0.4” ilə işləyən “Android” smartfonlarını və “iOS 9” ilə işləyən “iPhone”u dəstəkləməyəcək.

Bundan başqa cihazlar üçün mobil internetli SİM-kart da lazımdır. Çünki “WhatsApp” tək “Wi-Fi” ilə işləyən cihazları dəstəkləmir. //Oxu.az

Fərəh Əliyeva “Şöhrət” ordeni ilə təltif edildi

 17:26 06.09.2021     911

Prezident İlham Əliyev F.Ş.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.