Qalaktikamızın mərkəzinə yaxın hissədə RADİOSİQNAL AŞKARLANDI

 06:28 12.09.2021     591

Alimlər Süd Yolu qalaktikasının mərkəzinə yaxın hissəsində sirli radiodalğa mənbəyi aşkar ediblər.

Redaktor.az xəbər verir ki, məlum olan digər radiodalğa mənbələrindən fərqli olaraq o, heç bir digər dalğanı yaymır.

Aşkar edilmiş radiosiqnal ASKAP J173608.2-321635 kimi qeyd edilib. Bu mənbə yalnız polyarlaşmış dalğaları yayır. Digər diapazonlarda isə nəsə tapmaq mümkün olmayıb. Buna görə də bu dalğaların yayılma səbəbi məlum deyil. Sözügedən radiosiqnal 2019-cu ilin sonunda və 2020-ci ilin əvvəlində ASKAP adlı radioteleskop vasitəsilə əldə edilmiş məlumatlar arasında aşkar edilib. Sözügedən teleskop 13 belə siqnalı aşkar edib. Lakin siqnal mənbəyinin digər alətlərlə müşahidə cəhdi heç bir nəticə verməyib.

Hazırda radio diapazonunda siqnallar həftələrlə qeydə alınır və daha sonra həmin siqnallar kəsilir. Sözügedən siqnallar qəliz xətti və dairəvi polyarlaşma ilə seçilirlər.

Mütəxəssislərin fikirlərinə əsasən, bu ona görə baş verir ki, siqnallar bizə çatmamışdan öncə qaz və toz buludlarından keçirlər. Bu buludlar isə güclü maqnit sahəsinə sahibdirlər. Və ya siqnalların mənbəyi maqnit sahəsi xarakterinə sahibdir. Növbəti mərhələdə aşkar edilmiş siqnalı nə rentgen diapazonunda və nə də ki, yaxın infraqırmızı diapazonda təyin etmək mümkün olmayıb. Bu isə o deməkdir ki, bu siqnal ulduz aktivliyi, ikili ulduz sistemi, neytron ulduzu, pulsar, qamma şüalanma və supernova partlayışı ilə əlaqəli deyil.