“WhatsApp” daha bir YENİLİK etdi - Bundan sonra...

 16:41 13.09.2021     961

“WhatsApp” istifadəçiləri səsli ismarıcları mətnə çevirə biləcəklər.

Redaktor.az xəbər verir ki, hazırda sözügedən funksiya üzərində təkmilləşdirmə işləri aparılır. Yaxın günlərdə  “iPhone” istifadəçiləri bu yenilikdən istifadə edə biləcəklər. 

Qeyd edək ki, funksiyanı aktivləşdirmək üçün istifadəçi tətbiqə xüsusi icazə verməlidir. Bundan sonra mətn onlayn rejimdə deşifrə ediləcək və avtomatik olaraq messencerin şifrələnmiş məlumatlar bazasında yaddaşa düşəcək. Səsli mesaj çox uzun olduğu halda istifadəçi mətnə çevirmək istədiyi hissəni özü seçə biləcək

Oral Mədənçi / Redaktor.az