“Xiaomi” bir sıra smartfonların satışını bərpa etdi

 20:17 14.09.2021     419

“Xiaomi” şirkəti bir sıra ölkələrdə bloklanan smartfonların satışını bərpa edib.

Redaktor.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, həmin smartfonlar “Xiaomi”nin rəsmən fəaliyyət göstərmədiyi ölkələrdə qaçaqmalçılığın qarşısını almaq məqsədi daşıyıb və sırf müvəqqəti tədbir olub.

Daha əvvəl “XDA-developers” forumu bildirmişdi ki, “Xiaomi” İran, Suriya, Şimali Koreya, Kuba kimi bir sıra ölkələrdə, habelə Krım kimi bölgələrdə smartfonların satışına məhdudiyyət qoyub.