“Bayraktar” yeni PUA-larının istehsal tarixi açıqladı - FOTO

 19:58 23.09.2021     713

Türkiyədə keçirilən “Texnofest” aerokosmik texnologiyalar sərgisi çərçivəsində “Baykar” şirkəti tərəfindən daha bir yeni PUA modeli təqdim edilib.

Redaktor.az xəbər verir ki, bu vertikal uçuş-eniş imkanına malik “Bayraktar” aparatıdır.

Onun rabitə radiusu 150 km-dir.

PUA ekonom benzin mühərrikilə təchiz olunub və 12 saat fasiləsiz uçuş imkanına sahibdir ki, bu da analoji aparatlar arasında rekord sayılır.

Yeni “Bayraktar” PUA-larının 2022-ci ildən etibarən kütləvi istehsalına başlanılacağı bildirilib. //Oxu.az