“Facebook”, “WhatsApp” və “Instagram” çökdü

 21:32 04.10.2021     1164

“Facebook”, “WhatsApp”, “Instagram” kimi beynəlxalq platformalara daxil olmada problem yaranıb.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyır.

Məsələ ilə bağlı sosial şəbəkələr də ortaq açıqlama yayıb.

“İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik”, - deyə açıqlamada bildirilir.