Feysbuk istifadəçilərinin şəxsi məlumatları satışa çıxarılıb - İDDİA

 22:58 04.10.2021     1217

Hazırda 1.5 milyard feysbuk istifadəçisinin şəxsi məlumatları (email, telefon nömrəsi, lokasiya, id və.s.) populyar xaker forumlarında satışa çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Qeyd edək ki, “Facebook”, “WhatsApp”, “Instagram” kimi beynəlxalq platformalara daxil olmada problem yaranıb.

Məsələ ilə bağlı sosial şəbəkələr də ortaq açıqlama yayıb.

“İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik”, - deyə açıqlamada bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən