Teleqramda da nazaslıq yarandı

 00:03 05.10.2021     1360

“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Şikayətçilər tətbiqin işi, serverin qoşulması ilə bağlı problem yaşadıqlarını bildirir.

Nasazlıq haqqında şikayətlər daha çox ABŞ, Meksika, Kanada, Cənubi Amerika və bəzi Avropa ölkələrindən olan istifadəçilərdən gəlir.

“WhatsApp”dan keçən bütün yeni istifadəçilərə şadıq, lakin serverlər çətinliklə üzləşib” - “Telegram”ın məlumatında deyilir.