“Facebook” domeni satışa çıxarılıb

 00:50 05.10.2021     1609

“Facebook” (facebook.com) domeni bu cür əməliyyatlarda ixtisaslaşan “Whois” saytında satışa çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Twitter” sosial şəbəkəsinin qurucusu Cek Dorsi öz rəsmi səhifəsində məlumat yerləşdirib.

Sözügedən saytdakı elanda domenin kim tərəfindən satışa çıxarıldığı və domen üçün nə qədər vəsait tələb edilməsi barədə məlumat göstərilməyib.

“Facebook” şirkəti məlumatı şərh etməyib.